Okaber - Insan dediler
Рейтинг: 0
Исполнитель: Okaber
Произведение: Insan dediler
Длина: 03:06
Дата добавления: 2015-05-03
Текст просмотрен: 565
Bu oyunların sonuna udan uduzan dedilər
Yazdığımız sətirlərə güldülər asan dedilər
İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət
Allahu Əkbər! deyib oxunsun Azan dedilər
Öz əsərlərində yaşayanlar ölmür yazıb dahilər
Unudulduğunuz yerlərə Fəxri Xiyaban dedilər
Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər
Boğulan insan görüb qoy ölsün nadan dedilər
Daşlanmış qadının fəryadı göyə sovrulanda
Şəriyyətdə belədi qanun buyurub Qur’an dedilər
İnsanları niyə bədbəxt elədiniz? Soruşanda
Bizlərdə nə şərəf var nə də vicdan dedilər
Küçədə yatanların ağrı əzabı gözə görünməz
Sökülən daxma yerinə tikilir fontan dedilər
Dedilər Şəhidlər ölməz guya ki Vətən bölünməz
Satılan Torpaqların şərəfinə şampan dedilər.
(NƏQARƏT)
"Müharibə davam etsə tökülər qan":dedilər,
"Bizə vacib həyatda pul birdə can":dedilər.
Bəs Vətən, şəhidlər, itirilən Torpaqlar?
"Bilmirik nə qədər itirib Azərbaycan":dedilər.
II
Mətnimə yaşadan sətrimə dərman dedilər
Sinəmə orden taxıb qətlimə fərman dedilər
Qəlbdə bağırırdım üzdə it kimi hürürdüm
Sən hür yavaş-yavaş gedir karvan dedilər
Analarımın tapdalanmış haqları unuduldu
Xaşxana fahişələrinə şöhrət ilə şan dedilər.
Şuşada Xarı Bülbül solub quruduldu
Günahkar biz deyilik rus və köçəryan dedilər
Benzin bahalaşmasaydı özümüzü yandırardıq
Benzin nəyivə gərəydi elə-belə yan dedilər
Biz qansaydıq hamını qandırardıq
Niyə bizə nökər özlərinə xan dedilər
Batdıqca batırıq günah ümmanında
Ölün batın qalın lüt-üryan dedilər
Okaberəm yığışdıq Canavar Ünvanında
Nədi canavar? Hansı ünvan dedilər.
Bu oyunların sonuna udan uduzan dedilər
Yazdığımız sətirlərə güldülər asan dedilər
İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət
Allahu Əkbər! deyib oxunsun Azan dedilər
Öz əsərlərində yaşayanlar ölmür yazıb dahilər
Unudulduğunuz yerlərə Fəxri Xiyaban dedilər
Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər
Boğulan insan görüb qoy ölsün nadan dedilər
Daşlanmış qadının fəryadı göyə sovrulanda
Şəriyyətdə belədi qanun buyurub Qur’an dedilər
İnsanları niyə bədbəxt elədiniz? Soruşanda
Bizlərdə nə şərəf var nə də vicdan dedilər
Küçədə yatanların ağrı əzabı gözə